AZ

İmişli gəncləri üçün liderlik məktəbi davam edir - FOTOLAR

"Regional İnkişaf" İctimai Birliyi tərəfindən həyata keçirilən “İmişli gəncləri üçün liderlik məktəbi" layihəsi davam edir.

QHT.az xəbər verir ki, artıq layihəyə qoşulmaq üçün müraciət edən rayon gənclərinin müsahibəsi keçirilərək iştirakçılar müəyyən olunub.

Layihənin növbəti mərhələdə gənclərin liderlik bacarıqlarını inkişaf etdirmək, onların yeni bilik və təcrübələr qazanmasına, eyni zamanda strateji idarəetmə, problem həll etmə, effektiv kommunikasiya və yaradıcı düşüncə kimi liderlik keyfiyyətlərinə yiyələnməsinə dəstək məqsədilə təlim və tədbirlər təşkil ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
233
qht.az

1Mənbələr