AZ

Günəşdə son 7 ilin ən güclü PARTLAYIŞI

Günəşdə son 7 ilin ən güclü partlayışı baş verib.

 

Modern.az xəbər verir ki, NASA mayın 10-da geomaqnit qasırğasına səbəb olan partlayışdan düz 4 gün sonra baş verən ikinci partlayışın fotolarını dərc edib.

 

Partlayış nəticəsində yaranan geomaqnit qasırğası ilə əlaqədar peyk naviqasiya sistemlərində və radioqəbuledici tezliklərdə nasazlıqların ola biləcəyi, saatlarla davam edən fasilələrin baş verə biləcəyi və ya bəzi oxşar cihazların ümumiyyətlə işləməyə biləcəyi barədə xəbərdarlıq edilib.

 

Amerika mətbuatında əksini tapan müvafiq xəbərdə partlayışın ABŞ yerli vaxtı ilə günorta 13:00 radələrində baş verdiyi və Yerə ciddi təsir etmədiyi bildirilib. Partlayış X8.7 səviyyəsində olub. Bu eyni sinifdə ən şiddətli partlayışlardan biri olub. Bunun 2017-ci ildən bəri aşkar edilən ən böyük partlayış olduğu vurğulanıb.

 

Günəş partlayışları A sinfindən X sinfinə qədər təsnif edilir və hər bir sinif 1-dən 9-a qədər miqyaslanır.

 

Günəş alovları A sinfindən X sinfinə qədər təsnif edilir və hər sinif 1-dən 9-a qədər miqyaslanır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
4
modern.az

5Mənbələr