AZ

Özbəkistanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Daşkənddə fəaliyyət göstərən Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətlə tədbir keçirilib.

Təşkilatın İdarə Heyətinin üzvləri, fəalları və gənclər mərkəzinin nümayəndələri paytaxtdakı Heydər Əliyev meydanında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla yad ediblər. 

Tədbirdə çıxış edən Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin fəalları Ümummilli Liderin şərəfli ömür yolundan, onun təkcə Azərbaycanda deyil, dünyanın digər ölkələrində yaşayan azərbaycanlılar tərəfindən böyük hörmətlə xatırlandığını söyləyiblər. 

Azərbaycan - Özbəkistan strateji münasibətlərinə toxunan çıxışçılar Ulu Öndər Heydər Əliyevin Özbəkistanla əlaqələrin inkişafına xüsusi önəm verməsindən və türkdilli dövlətlərlə münasibətlərin daha da möhkəmlənməsindəki rolundan danışıblar. Onlar Ümummilli Liderin həm Özbəkistanda fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri, həm də özbək xalqı tərəfindən hörmət və ehtiramla yad edildiyini xüsusi vurğulayıblar. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
xalqqazeti.az

1Mənbələr