AZ

Bu kişilər qadınlardan daha çox YAŞAYIR - Səbəb nədir?

Bəzi araşdırmalara görə qadınlar kişilərdən daha çox yaşayırlar.

 

Sfera.az xəbər verir ki, Cənubi Danimarka Universitetində bir qrup tədqiqatçının yeni araşdırması kişi və qadınların ömrü ilə bağlı uzun müddətdir mövcud olan fikirləri yenidən müzakirə obyektinə çevirib.

 

Tədqiqatçılar “qadınlar kişilərdən daha uzun yaşayır” anlayışının tamamilə doğru olmadığını və kişilərin 25-50%-nin əslində qadınlardan daha uzun yaşadığını müəyyən ediblər.

 

Araşdırmanın nəticələrinə görə, evli və ya ali təhsilli kişilərin qadınlardan uzun yaşamaq ehtimalı yüksəkdir.

 

Təhlilin nəticələri onu da göstərir ki, kişilərin qadınlardan daha uzun yaşaması ehtimalı 1970-ci illərə qədər inkişaf etmiş ölkələrdə azalıb, sonra isə dünyanın hər yerində olduğu kimi artmağa başlayıb.

 

Ekspertlər onu da qeyd ediblər ki, aşağı və orta gəlirli ölkələrdə kişilərin qadınlardan çox yaşamaq ehtimalı artır.

 

Cütlüklərin bir-birilərinin davranışlarına təsir etdiyini də deyən araşdırmaçılar qeyd ediblər ki, kişilərin sabit münasibət və evlilik içində olmağı da uzunömürlülüyə təsir edir.

 

Ülkər Abdurahmanlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
sfera.az

2Mənbələr