AZ

Çirkli pullar, polislə gizli iş birliyi və... - Türkiyəni qarışdırmağa çalışan mafiya liderinin QARA DOSYESİ

Xəbər verdiyimiz kimi, prezident Ərdoğan Türkiyədə çevriliş təhlükəsi ilə əlaqədar təcili iclas çağırıb.

Musavat.com-un məlumatına görə, Ərdoğan MİT sədri İbrahim Kalın və ədliyyə naziri Yılmaz Tunçu gecə yarısı bir araya toplayıb.

Gecə saatlarında keçirilən kritik toplantının əsas səbəbi "Ayhan Bora Kaplan" istintaqı çərçivəsində Ankara Polis İdarəsində 3 yüksək rütbəli şəxsin saxlanılması və daha sonra onlara qarşı cinayət işinin açılması olub.

Vəzifələrindən uzaqlaşdırlarn Ankara Polis rəis müavini Murat Çelik, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin müdiri Kerem Öner və müavini Şevket Dəmircanın evlərində dünən axşam prokurorluğun göstərişi ilə axtarış aparılıb.

Sözügedən əməliyyat Ayhan Bora Kaplanın kim olmasını yenidən gündəmə gətirib.

Türkiyədə ötən il keçirilən əməliyyat zamanı həbs edilən Ayhan Bora Kaplan 15 iyul çevriliş cəhdindən sonra Türkiyənin gündəminə tez-tez gələn şəxslərdən biridir. Ankara Respublika Baş Prokurorluğu tərəfindən cinayət təşkilatının rəhbəri olmaqda təqsirləndirilən Ayhan Bora Kaplan da daxil olmaqla 61 nəfər barəsində aparılan istintaq nəticəsində ilk məhkəmə iclası aprelin 15-də keçirilib. Ayhan Bora Kaplanın məhkəmə işində 8 sual əsasında aradşırmalar aparılıb. 

Ayhan Bora Kaplan kimdir?

Şəxsiyyət vəsiqəsində rəsmi adı "Bora Kaplan" olan Ayhan Bora Kaplan 1983-cü ildə Ankaranın Altındağ rayonunda anadan olub. O, uşaqlıq və gənclik illərini bir vaxtlar Ankaranın yeraltı dünyasının məskəni olan Atıfbəy rayonunda keçirib. Öz ifadəsinə görə, o, 2005-ci ildə Ankaranın Ulus rayonunda telefon mağazası açıb. 2009-cu ildə Kızılayda qadın geyimləri mağazası işlədib və eyni zamanda qida şirkəti açıb.

Kaplanın adı gənclik illərində bir çox cinayətlərdə hallanır. 2006-cı ildə oğurluq ittihamı ilə iki məhkəmə işi olub. Onun gənclik illərində narkokuryer olması iddiası da tez-tez gündəm olurdu. 2010-cu ildə ona qarşı "narkotik alveri" maddəsi ilə cinayət işi açılıb. Elə həmin il adam öldürməkdə ittiham edilərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəmi 3 il 4 aydan sonra azadlığa çıxıb. İstintaq çərçivəsində ifadə verən gizli şahid Kaplanın Kızılayda pirat CD biznesi ilə məşğul olarkən qardaşını döyən şəxsi ayağından vurduğunu deyib.

Türkiyə onun adını 15 iyul çevriliş cəhdindən sonra öyrənib. Onun və adamlarının TRT Baş İdarəsi qarşısında silah tutaraq çəkdirdiyi foto ictimaiyyətdə tez-tez müzakirə olunur. Həmin fotoda Kaplanın əlində də uzunlüləli silah var idi. Kaplanı TRT-yə çağıran şəxsin o vaxtkı Əmək və Sosial Müdafiə naziri Süleyman Soylu olduğu iddia edilib. İddiaya görə, Süleyman Soylu yanında olan əmisi oğlu Sadık Soylunun telefonu ilə Kaplanı TRT-yə çağırıb. Kaplanın Soylu ilə telefon danışıqlarının dinlənilməsi üçün qərar prokurorluq tərəfindən verilib.

Ayhan

Məhkəmə ilə Ayhan Bora Kaplanın əlaqəsini kim təmin edirdi?

Ayhan Bora Kaplan faylında iddia edilən təşkilatla məhkəmə arasında əlaqəni vəkil Cengiz Haliçin təmin etdiyinə dair iddialar var idi. Kaplana qarşı əməliyyat aparılarkən vəkil Haliçin ofisində də axtarış aparıldığı açıqlanmışdı. Vəkilin bu hadisədən sonra xaricə getdiyi bildirilib. Gizli şahid M7U3H9F8C4 ifadəsində "Cengiz Haliç əvvəllər təşkilatın məhkəmə tərəfini izləyirdi və Ayhan Bora Kaplan da prokuror Yüksel Kocaman adlı şəxslə ədliyyə binasında şəxsən görüşürdü. Gizli şahid Ayhan Bora Kaplanın kredit, əyləncə və qumar biznesini davam etdirərkən, vəkili Cengiz Haliç vasitəsilə də məhkəmə sistemində olan əlaqələri ilə işini həll etməyə çalışdığını da iddia edib.

Suç

Polis rəislərinə qarşı hansı ittihamlar var?

Ayhan Bora Kaplanla bağlı mühüm iddia onun əməliyyat aparılmadığı vaxt Ankara Polis İdarəsinin nəzarətində olması olub. Bu səbəbdən Ankara Respublika Baş Prokurorluğu həmin dövrdə Ankara Polis İdarəsində çalışan bəzi polis rəisləri və polis məmurları haqqında “rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə” iddiası ilə istintaqa başlayıb. Bununla bağlı ən mühüm iddia Kaplanın Polis İdarəsində verdiyi ifadə olub. Kaplan iddia edib ki, o zaman Ankara Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin müdiri olan Alp Aslan ondan 250 min dollar rüşvət istəyib. Gizli şahid “M7U3H9F8C4” də Alp Aslanın 2023-cü ildə Kaplanın adamlarından Serdar Sertçelikdən 500 min TL-lik iki çek aldığını və bunların ödənilməməsi halında onlara qarşı “əməliyyat keçirəcəyini” dediyini iddia edib. Kaplanın 2016-cı ildə Ankarada Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin rəhbəri olan Necati adlı direktorla birlikdə İstanbula 3 dəfə getdiyi və hər dəfə qayıdanda Ankaraya 10 kiloqram kokain gətirdikləri iddia edilib. 

Ayhan

Kaplanın çirkli pulları

15 iyul çevriliş cəhdindən sonra Kaplanın profili “iş adamı”na çevrilməyə başlayıb. Öz ifadəsinə görə, hamburger mağazalar şəbəkəsindəki filial sayı 5-ə yüksələrkən, Lisbon Coffee adı ilə 3 fərqli iş yerinin də sahibi olub. Bununla belə, MASAK-ın hesabatında 4 fərqli şirkətlə ortaqlığı olduğu ortaya çıxıb. Həmçinin "Agriola Tarım A.Ş. Dexas Food Inc." və eyni zamanda "Eylen Food and Beverage Services" şirkətində menecer olduğu müəyyən edilib.

MASAK hesabatınd, Kaplan və adamlarının 2019-2020 və sonrakı illərdə maliyyə profilləri ilə izah edilə bilməyəcək səviyyədə artımlara sahib olduqlarına diqqət çəkilib. Kaplanın bank hesablarındakı pul hərəkətlərinin mənbəyinin qanuni yolla əldə olunmadığı da vurğulanıb. Hesabatda 1 sentyabr 2023-cü ildə Kaplanın bank hesabına yatırdığı 27 milyon 808 min TL nümunə kimi göstərilib. Hesabatda bildirilib ki, bu pulların mənbəyi araşdırılmalı və onun cinayət yolu ilə əldə etdiyi gəlirlərlər sübut edilməlidir. 

Qeyd edək ki, Ayhan Bora Kaplan 8 sentyabr 2023-cü ildə Esenboğa Havalimanında saxlanılmışdı. Ayhan Bora Kaplan saxlanılan zaman külli miqdarda pulla xaricə qaçmağa çalışırmış.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
50
musavat.com

10Mənbələr