AZ

Latviya xarici işlər naziri erməni müğənnini şəxsən qara siyahıya saldı

Latviyanın xarici işlər naziri XCHO yaradıcı təxəllüsü ilə çıxış edən erməni musiqiçi Xaço Dunamalyanı arzuolunmaz şəxslər siyahısına daxil edib.

KONKRET.az xəbər verir ki, ifaçının qeyri-müəyyən müddətə Latviya ərazisinə girişi qadağan edilib. İctimaiyyətə açıq olan məlumata görə, mayın 25-də axşam saatlarında XCHO-nun Riqadakı “Tower” gecə klubunda konserti planlaşdırılıb.

Bu, Latviyanın “qara siyahısı”na şəxsən Bayba Brajenin daxil etdiyi ilk şəxsdir. Bu qərarın səbəbləri barədə məlumat verilmir. Dunamalyanın Rusiyada məşhur olduğu məlumdur.

“İmmiqrasiya haqqında qanunun 61-ci maddəsinin 2-ci hissəsinə əsasən, mən Xaço Dunamalyanı qeyri-müəyyən müddətə Latviyaya girişinə qadağa qoyaraq, Latviya Respublikası üçün arzuolunmaz şəxslər siyahısına daxil etmək qərarına gəldim”, – Bayba Braje X şəbəkəsində yazıb.

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
1
konkret.az

2Mənbələr