AZ

“Altai” teatrı fəaliyyətə başlayıb

Mayın 5-də zəngin teatr ənənələrinə malik muxtar respublikada yeni “Altai” teatrı fəaliyyətə başlayıb. Teatrın yaradıcısı Azərbaycan Respublikasının Əməkdar artisti, Naxçıvan Dövlət Uşaq Teatrının quruluşçu rejissoru Nurbəniz Niftəliyevadır. Yaradıcı heyət gənc yazar və aktyor Rza Zeynalovun "Xəyanət" əsəri ilə tamaşaçıların görüşünə gəlib.

Tamaşanın quruluşçu rəssamı Azərbaycan Respublikasının Əməkdar artisti Behruz Haxverdiyev, musiqi tərtibatı Cabir Əsədov, rejissor assistenti  Ayhan Hacıyev, teatrın meneceri Gülay Ağazadədir.

Səhnə əsərində Əməkdar artist Behruz Haxverdiyev, Rza Zeynalov, Zəlihə Hüseynquliyeva, İlqar Babayev,Əfqanə Ələsgərova, Xəlil Hüseynov, Sadiq Əliyev, Ayhan Hacıyev, Yusif Rzayev, Dilsuz Qasımov rol alıb.

Xəyanət əsəri müasir dövrümüzün sosial problemlərini özündə əks etdirən və qabarıq şəkildə oxucuya çatdırmağa çalışan bir səhnə əsəridir. Əsərdə vicdanlı insanların addımbaşı qarşılaşdığı ədalətsizlik və xəyanətdən , ikiüzlü fürsətçi insanların başqalarının bədbəxtliyi üzərində qurduğu xoşbəxtlikdən, ailə münasibətlərinin düzgün qurulmamasından və bütün bunların cəmiyyətimizə gətirdiyi bəlalardan bəhs olunur.

Əsərdəki bütün personajlar demək olar ya xəyanətin qurbanı ya da icraçılarındandırlar.

Əsərin baş qəhrəmanı Şahin doğularkən anası vəfat edir atasının humayəsində böyüyən qəhrəman gənc yaşlarında olarkən  atası müəmmalı şəkildə özünə qəsd edir. Atasının itkisi ilə bütün  dünyası alt üst olan Şahin Afətə olan sevgisi ilə həyata tutunur. Bütün insani keyfiyyətləri özündə birləşdirən Şahin ziyalı, gənc bir yazardır. O sadiqliyi düzgünlüyü insanpərvərliyi mütərəqqi fikirləri ilə örnək ola biləcək sədaqətli həssas qəlbli  bir gəncdir. Cəmiyyətdəki ədalətsizliyə dözə bilməyən Şahin özü də dost xəyanətinin qurbanı olur. Sosial vəziyyəti çox aşağı olan bir müəllim kimi o arvadının Afətin müalicə xərclərini qarşılaya bilmir və dərmanları oğurlamaq məcburiyyətində qalır. Bu zaman bir qətlin şahidi olan Şahin sonradan sevgisi uğruna bu qətli öz üzərinə götürərək azadlığından məhrum olur.

Əsərdə unsanlığını itirmiş xisləti, ədalətsizliyi  amansızlığı ilə diqqəti cəlb edən digər obraz isə Şahinin atasının dostu Rüstəm bəydir. O öz çirkli əməllərini ört- basdır etmək üçün insan taleləri ilə oynayır. Şahinin atasını özünü qəsd etməyə, Şahini isə oğlunun törətdiyi qətli boynuna almağa məcbur edir. Şahinin dostu olan Mahirsə Afətə olan sevgisindən Şahindən  bütün həqiqəti gizlədir və Afətlə evlənir. Afətin rəfiqəsi Şahinə böyük sevgi bəsləyən Sona da xəyanətə şahidlik edir.

Sonda üzərinə atılmış cəzanı çəkib qayıdarkən bütün həqiqətlər açılır. Artıq psixoloji pozğunluq yaşayan Şahin öz monoloqu ilə insanlığa, cəmiyyətə hətta allaha belə üsyan edir. O yaradılışdan insanlığın ədalətsizliyə haqsızlığa xəyanətə məruz qaldığını diqqətə çatdırır. Burada xəyanətin hələ ilk insan olan Adəmlə, oğlu Qabillə əlaqələndirilməsi isə çox yerinə düşür. Şahin əli mürəkkəb qoxan təmiz vicdanlı bir insan cəmiyyət tərəfindən öz qatilinə çevrilir. Bütün həyata insanlığa yalnız nifrət bəsləyir. O tanrıya səslənərək nə üçün dünyanı sevgi üzərində yaradıb xəyanət üzərində dağıtdığı üçün üsyan edir. Hətta müasir dövrlə də əlaqələndirərək müharibələrə, günahsız insanların ölümünə  qarşı çıxıraq deyir:

"Məni yenidən yarat ki, dünyanı təzədən qurum, lakin icazə verməyim ki, müharibələr olsun. Üsyanlar qalxsın, silahlar atılsın, bombalar partlasın. İmkan verməyim ki, atalar sinəsindən vurulsun, körpələrin gözü yaşlı qalsın. İmkan verməyim ki, qız, gəlinlər həsrət çəksin. İcazə verməyim analar saçlarını yolsun və bağrına daş basıb oğul yolunu gözləsin.

Məni yenidən yarat.... Ey tanrım, eşidirsən, ya məni bilmərrə öldür, ya da yenidən yarat."

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
1
yeniazerbaycan.com

3Mənbələr