AZ

Bakıda dayanıqlı tikinti üzrə sammit öz işinə başlayıb

Bakı. Trend:

Bakıda "PMD Projects" MMC və Azərbaycan Sənaye TəhlükəsizliyiAssosiasiyasının birgə təşkilatçılığı ilə dayanıqlı tikinti üzrəsammit öz işinə başlayıb.

Trend xəbərverir ki, tədbirdə ölkənin tikinti sektorundan 300-dən çoxnümayəndə iştirak edir. Tədbir "TowardsCOP29" şüarı altındakeçirilir və iki böyük panelə ayrılıb.

"PMD Projects" MMC-nin direktoru Nəriman Topçubaşovun açılışmərasimində dediyi kimi, sammitin keçirilməsi ideyası hələ COP29-unAzərbaycanda keçiriləcəyi məlum olmamışdan əvvəl yaranıb, lakinAzərbaycanın bu mühüm BMT tədbirinə hazırlığı tikinti sektorundanyan ötə bilməz.

Tədbirdə dünyada tətbiq olunan innovasiyalar, sahə üzrə aparıcıpraktikalar və onların Azərbaycanda tətbiq imkanları müzakirəolunacaq, belə ki, dayanıqlı tikinti həlləri, müasir tikintimetodları, tikintidə təhlükəsizlik, intellektual tikinti sistemləriölkə iqtisadiyyatının Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasıüçün əhəmiyyət kəsb edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
az.trend.az

1Mənbələr