AZ

Generalın evində axtarış zamanı qızıl külçələr ələ keçirilib

Vladimir Putinin müdafiə naziri Sergey Şoyqunu vəzifəsindən azad etməsindən bir gün sonra nazirlikdə rüşvətlə bağlı böyük qalmaqal yaşanıb. Oxuməni.az Rusiya mətbuatına istinadən xəbər veriri ki, Nazirliyin Kadrlar İdarəsinin rəisi, general leytenant Yuri Kuznetsov külli miqdarda rüşvət almaqda ittiham edilərək həbs edilib.

İstintaqın açıqlamasına görə, generalın evində axtarış zamanı 100 milyon rubl nağd pul və qızıl külçələr ələ keçirilib. Generala qarşı irəli sürülən ittihamda onun 2021-2023-cü illər arasında müəyyən şəxslərin xeyrinə qərarlar qəbul etmək üçün külli miqdarda rüşvət aldığı iddia edilib. Bu cinayət əməli 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə nəticələndiyindən, iş yekunlaşana qədər generalın həbsdə saxlanmasına göstəriş verilib.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
oxumeni.az

1Mənbələr