Turnirin 3-cü mərhələsi dünya tennisinin əfsanəsi Novak Cokoviç üçün uğursuz olub. Serbiyalı ulduz Çili təmsilçisi Alexandro Tabiloya uduzub - 2:6, 3:6.
Bundan iki gün əvvəl – mayın 10-da isə Cokoviçin başına qəribə iş gəlib. Belə ki, serb ulduz fransalı Korenten Muteni məğlub edəndən sonra avtoqraf paylaşırmış. Həmin vaxt azarkeşlərdən birinin əlindən düşən butılka Novakın başına dəyib:
“Düzünü desəm, nə olduğunu bilmirəm. Bunu yoxlamalıyam. Yüngülcə məşq etək istəyirdim. Heç bir qeyri-adi hadisə olmadı, ancaq özümü həmişəki qədər yaxşı hiss etmədim. Bu gün stress şərtləri altında yetərincə pis oldu – ağrı yox, balans üzündən. Koordinasiyam yox idi, iki gün əvvəllə müqayisədə tam fərqli tennisçiydim. Bu isə məni bir qədər narahat edir. Cümə günü başağrısı, ürəkbulanma və başgicəllənməsi də hiss etdim”.