AZ

İdman tarixinin ən bahalı döyüşü: Bir gecəyə yüz milyon qazanacaqlar

Mayın 18-də ukraynalı Aleksandr Usik və ingilis Tayson Fyuri arasında ağır çəkidə mütləq dünya çempionu adı uğrunda çoxdan gözlənilən döyüş baş tutacaq.

Publika.az xəbətr verir ki, tarixdə ilk dəfə olaraq dünyanın aparıcı boks təşkilatlarının - WBC, WBA, IBF və WBO-nun 4 çempionluq titulu risk altında olacaq.

Boksçuların qonorarı da döyüşün statusuna uyğun gəlir. Fyuri rinqə çıxdığı üçün 69 milyon dollar alacaq. Usikdə isə bu rəqəm 34 milyon dollardır. Döyüş boksçulara 103 milyon dollar qazandıracaq. Bu da hər iki boksçunun peşəkar boks karyerasında rekord məbləğlərdir.

Üstəlik, bu, Ukrayna peşəkar boks tarixində rekord məbləğdir. Hətta onilliklər boyu ağır çəkidə hakim olan Kliçko qardaşları belə gəlir səviyyəsinə çata bilməyiblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
publika.az

1Mənbələr