AZ

Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər



Azərbaycanın və Belarusun xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Aleynik arasında geniş tərkibdə görüş keçirilib.

Newscenter.az Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında iqtisadiyyat, nəqliyyat, sənaye, kənd təsərrüfatı və digər sahələrdə strateji tərəfdaşlığın perspektivləri müzakirə olunub.

Bundan əlavə, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin gücləndirilməsi təşəbbüsləri, regionda münaqişədən sonrakı vəziyyət, o cümlədən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Mehman Mehdiyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
8
newscenter.az

10Mənbələr