AZ

Bakıda "Fintech Summit 2024" öz işini davam etdirir (FOTO)

Bakı. Trend:

Bakıda "Fintech Summit 2024" öz işini davam etdirir.

Trend xəbərverir ki, builki sammit "Bank və Maliyyə Ekosistemində YeniTrendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik" mövzusuna həsrolunub.

Tədbirdə Azərbaycan Mərkəzi Bankının, Azərbaycan BanklarBirliyi, Visa, İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzi, eləcə də, Türkiyə Bank Tənzimlənməsi və NəzarətiAgentliyinin rəhbərləri giriş nitqi ilə çıxış ediblər.

Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucoviştirakçılara müraciətində bankların təqdim etdiyi elektron ödənişsistemlərində artım müşahidə olunduğunu vurğulayıb.

"Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin birincirübündə internet bankçılıq ödənişləri 18 faiz artaraq, 59 milyardmanatı ötüb, mobil bankçılıqla edilən ödənişlər isə 15 milyardmanatı ötüb", - o deyib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya vəRəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva öz növbəsindəbeynəlxalq bazarlara çıxış üçün ölkədə lokal startaplara dəstəkverildiyini bildirib.

"Lokal startapların beynəlxalq bazarlara çıxışı çox vacibdir.Bunun üçün biz müxtəlif beynəlxalq forumlarda bu startaplarıntəqdim edilməsi üçün şərait yaradırıq", - o deyib.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir NuriyevAzərbaycanda qonşu dövlətlərlə ödəniş ekosistemlərinininteqrasiyası dərinləşdirilməli olduğunu bildirib.

"Türk dövlətləri arasında ödəniş sistemlərinin inteqrasiyanıngücləndirilməsi, bu əlaqələrin inkişaf etdirilməsi bu yoldabaşlanğıc ola bilərdi", - deyə o əlavə edib.

Sammit çərçivəsində iştirakçılar 8 panel müzakirəsi keçirəcək.Bütünlükdə 2 gün ərzində tədbiri 300-ə yaxın tərəfdaş və iştirakçışirkət, 1500 yerli və əcnəbi iştirakçı ziyarət edəcək.

Xəbər yenilənəcək

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
az.trend.az

1Mənbələr