AZ

Boynunda zəncirlə yatan yeniyetməni telefonun doldurma cihazından “TOK” VURDU – FOTOLAR

ABŞ-də yeniyetmə boynunda zəncirlə telefonun doldurma cihazının yanında yatıb və ağır yanıqlar alıb.

İnterpress.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb. ABŞ-nin Oklaxoma ştatında 16 yaşlı amerikalı Reys Oqdalı boynundakı zəncir vasitəsilə cərəyn vurub.

16 yaşlı yeniyetmənin anası oğlunun fəryadına oyanıb. Səs-küyə qaçaraq gələn qadın zəncirin asıldığı yerdə yeniyetmənin boynunda yanıq olduğunu görüb.

Oğlan özü onu elektrik cərəyanı vurduğunu deyib.

Xəstəxanada məlum olub ki, yeniyetmə təsadüfən zəncirlə telefonun doldurma naqilinə toxunub və nəticədə elektrik cərəyanı vurub.

Həkimlər onun üzərində ikinci və dördüncü dərəcəli yanıq xəsarətləri qeydə alıblar.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
interpress.az

1Mənbələr