AZ

Pensiya kapitalından vaxtından öncə istifadə edilə bilər? –AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Qanunvericiliyə əsasən, əmək pensiyası almaq üçün ya minimum yığıma ehtiyac var. Əgər pensiya kartında yığım azdırsa, 25 il stajı varsa, vətəndaş avtomatik olaraq minimum pensiya almaq hüququ qazanır. 

Vətəndaşın işlədiyi dövrdə yığılan pensiya kapitalının pensiyaya çıxmamışdan öncə istifadə etmək imkanına gəldikdə isə iqtisadçı Rəşad Həsənov Banco.az-a bildirib ki, şərtlər tamamlanmadığı təqdirdə pensiya hüququ yaranmır:

“Azərbaycanda qanunvericiliyə əsasən, pensiyaya üç halda çıxılır. Birincisi, yaşa görə pensiyaya çıxmaq hüququ ilə bağlıdır. İkincisi  ailə başçısını itirməyə, üçüncüsü isə yalnız əlilliyə görədir.

Bunlardan əlavə heç bir halda kapitalın 3000000 manat ya da 10000000 manat olmasından asılı olmayaraq şərtlərdən biri tamamlanmırsa, vətəndaşın pensiya hüququ yaranmır.

Nazirlər Kabineti tərəfindən  tərtib edilmiş siyahıya uyğun olaraq erkən pensiya hüququnun yarandığı sahələr var.  Vətəndaş  ağır əmək, zərərli fəaliyyət sahələrində çalışdığınıza görə erkən pensiya hüququndan istifadə edə bilər”.

İqtisadçı xatırladıb ki, eyni zamanda beşdən artıq uşağı böyüdən valideynlər də erkən pensiya hüququndan yararlana bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
banco.az

1Mənbələr