AZ

Azərbaycanda süni boşanmalar artıb: Sosioloqdan ŞOK

Azərbaycanda boşanmaların sayı hər il artır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin ilk ayında 1 729 boşanma halları qeydə alınıb.

Ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 1,6-dan 2,0-a qədər artıb.

Bundan əlavə, Sosial Tədqiqatlar Mərkəzinin (STM) “Müasir Azərbaycan ailəsi” mövzusunda hazırladığı analitik - hesabatda boşanmaların səbəbləri açıqlanıb.

Hesabata görə, Azərbaycanda respondentlərin yarıdan çoxu boşanma qərarının verilməsini legitim edən əsas amilin ailədə narkomaniya və alkoqolizm problemi olduğunu düşünür.

Sosioloq Ağasəlim Həsənov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, boşanmaya səbəb nikahda olan cütlüklərin sosial-psixoloji baxımdan uyğunsuzluğudur:

"Boşanma ailə institutunun zəifləməsinə təsir edir. Aparılan sosioloji müşahidələr onu göstərir ki, narkomaniya və alkoqolizm boşanmalara səbəb olan amillər içində ön sıralardadır. Ümumiyyətlə, bu tipli davranışlar cəmiyyət həyatında hər zaman neqativ nəticələr doğurur.

Araşdırmalar da göstərir ki, respondetlərin yarıdan boşanmaya səbəb kimi narkomaniya və alkoqolizmi göstərir. Amma bu o demək deyil ki, boşanmaya səbəb tək bu amildir. Düşünürəm ki, boşanmaya səbəb olan amillər sırasında nikahda olan cütlüklərin sosial-psixoloji baxımdan uyğunsuzluğudur. Digər səbəb kimi vətəndaş nikahlarının artması da boşanmaya səbəb olan amillər sırasındadır”.

Sosioloqun fikrincə, bu gün süni boşanmaların da sayı artıb:

"Bir də süni boşanmalar var, yəni gerçək olmayan boşanmalar. Süni boşanmalar əsasən 2 faktla bağlıdır. Xarici ölkələrə mühacirət edən şəxslərin həmin ölkədə gerçək olmayan nikaha daxil olması və bu vasitə ilə gələcəkdə oturum əldə etməsi və vətəndaşlıq əldə etməsinə hesablanmış boşanmalardır. O da Azərbaycanda boşanmalıdır ki, məqsədini reallaşdıra bilsin.

İkinci də məcburi köçkünlər arasında bu müşahidə olunur. Məcburi köçkün xanım qaçqın olmayan bir kişi ilə ailə qurursa, o zaman onun statusu itirilmiş sayılır. 

Bu zaman süni boşanmalara gedilir, məcburi köçkünlük statusunu yenidən bərpa edir. Bu yolla dövlətin güzəştlərindən yararlanmağa çalışır. Bütün bu amillər Azərbaycanda boşanma statistikasına təsir edir".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
233
21
cebheinfo.az

10Mənbələr