AZ

“Qadın o qədər deyinir ki, axırda kişi məcbur olub...” - Qalmaqallı açıqlama

“Ailədaxili şiddətin çoxaldığını müraciət edənlərin sayına görə daha dəqiq deyə bilərik. Hətta deyərdim ki, bu hal 70-80 faiz artıb. Ailələrdə həmin məsələnin müxtəlif səbəbləri var. Ən əsas səbəblərdən biri mərc oyunlarında uduzan bəylərdir.

Onları iqromaniya idarə edir. Bu səbəbdən onlar öz ailələrində idarəçiliyi itirirlər. Buna görə aqressiya ortaya çıxır və şiddət yaranır. Digər tərəfdən, hər bir ailədə məişət problemləri olur. Həmin problem özünü 2-3 dəfədən çox büruzə verirsə, bu ailə də şiddətə məruz qalanlar siyahısına əlavə edilib, problemli olaraq qeyd olunmalıdır”. 

Yuxarıdakı fikirləri saytımıza açıqlamasında psixoloq Aytən Ələkbərova qeyd edib. Psixoloq ailədaxili şiddətin gün keçdikcə çoxalmasının səbəblərini “Yeni Sabah”a şərh edərək, bildirib ki, ailələrdə kişi və qadının dediyi fikirlər bir-birinin boğazından keçmir: 

“Ailədaxili şiddətin əsas səbəblərindən biri övladların yeniyetmə vaxtındakı geyim və davranış tərzidir. Bu zaman ata ananı günahkar çıxarır, ya da əksinə, ana təqsiri atada görür. Müxtəlif səbəblər var ki, ata və ananın söhbətləri uyğunlaşmır. Bu vəziyyət o yerə gəlib çatır ki, uşaqlar valideyni manipulyasiya edərək, intiharla qorxutmağa başlayırlar. Qadınlar ilk olaraq, narkomaniya, iqromaniya, ikinci sosial və məişət problemləri, həmçinin valideynlərin sözünün üst-üstə düşməməsi səbəbindən şiddətə məruz qalırlar. Buna görə də, qızlarımız ailə qurarkən, ilk tanışlıq dövründə oğlanın diqqətini hansı cəhətdən cəlb etdiyini özündə qeyd etməlidir. Çünki sonra evlilik həyatında qadın kişini həmin səbəbdən qısqanmağa başlayır və beləliklə, söz-söhbətlər yaranır. Müəyyən məqamlara diqqət etmək lazımdır. Qızlar daha çox məntiqi davranmalıdırlar. Məntiqlə qurulan ailələr çox uğurlu olur. Ancaq görücü və tanışlıq üsulları ilə təşkil edilən evliliklərdə bir müddət sonra müxtəlif problemlər baş qaldırır”. 

A.Ələkbərova kişilərin şiddətə meylli olmadığını, qadınların onları bu yola vadar etdiyini də açıqlayıb:

“Kişilər ailə həyatında şiddətə o qədər də meylli olmur. Bəzən qadının psixoloji təzyiqi nəticəsində qarşı cinsin nümayənləri şiddətə doğru addımlar atmağa başlayırlar. Biz bunu rahatlıqla sezə bilərik. Bir qadın o qədər deyingən olur ki, hər şeyə üsyan edir və sonunda kişi də şiddətə əl atır. Təbii ki, bu bəraət qazandırılacaq bir səbəb deyil. Bu cür münaqişələrin yaranmaması üçün cütlüklər bir-birini qarşılıqlı olaraq tanımalıdırlar. Qadınlar kişilərdə ünsiyyət formasına diqqət etməlidirlər. Kişilər isə ailə quracağı qızların düşüncələrini dinləməlidirlər. Çünki qadınların ilkin işlətdiyi fikirlər kişilərə naz-qəmzə kimi görünə bilər. Lakin qadınlar kişiləri özünə tabe etdikdən sonra illər keçsə də, əvvəlki sözlərini yerinə yetirməyə çalışırlar”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
5
seherxeber.org

6Mənbələr