AZ

Fransa klubunun futbolçusu İstanbul nəhənginə keçə bilər - TƏFƏRRÜATLAR

23 yaşlı futbolçu Lorenz Assiqnon "Qalatasaray"da forma geyinə bilər. 

BAKU.WS bu barədə "Takvim" nəşrinə isinadən xəbər verir.

"Sarı-qırmızılar" daha əvvəl gündəmdə olan Lorenzlə yenidən maraqlanır.

Daha əvvəl İstanbul təmsilçisinin gündəmində olan futbolçu ilə yenidən əlaqə qurulub. Fasilə zamanı "Renn"dən "Börnli"yə icarəyə verilən gənc ulduz mövsümün sonunda Fransa klubuna qayıdacaq.

Okan Buruk Assiqnonu komandasına görməyə israrlıdır.

2021-ci ildə "Bastiya"da oynayarkən 300 min avro dəyəri olan Lorenzin hazırda tam 10 milyon avro qiymətləndirilir.

Qeyd edək ki, 2000-ci ildə Fransanın Qras şəhərində anadan olan Lorenz Assignon futbola "Renn" infrastrukturunda başlayıb. 2020-2021 mövsümünün ikinci yarısında "Bastiya"da icarə əsasında çıxış edən cinah müafiəçisi 13 matçda meydana çıxdığı komandaya 1 qol və 2 məhsuldar ötürmə verib.

2021-ci ilin iyul ayından "Renn"in A komandasında çıxış edən fransız futbolçu ümumilikdə 64 matçda iştirak edib və 3 qol vurub, 6 məhsuldar ötürmə edib.

23 yaşlı futbolçu bu mövsüm icarə əsasında çıxış ediyi "Börnli"nin heyətində 21 matçda 2 qol vurub və 2 qola töhfə verib.

Lorenz Assiqnonun "Renn" ilə 2027-ci ilə qədər müqaviləsi var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
40
baku.ws

10Mənbələr