AZ

Azərbaycanın Yaşıl Enerjiyə yönəlməsi Avrasiya ölkələri üçün həlledici rol oynayacaq – ANALİTİKA

Dünyamızın fundamental tələblərindən biri olan enerji sənayesi getdikcə daha da qarışıq hal alır. Neft və təbii qaz kimi ənənəvi enerji mənbələrinin önəmi şübhə altındadır. Artıq onların qiymət dəyişimi yox, yaxın gələcəkdə sektorda mövcud olub, olmayacağı müzakirə olunur. 

Enerji təlabatlarının ödənilmə forması nəyə görə son illərdə bu qədər dəyişim keçirib?

Hər zaman təbii ehtiyatların bahalaşmasına səbəb olan müharibələr hazırki dövrdə onların daha da dəyərsizləşməsinə yol açıb. Bəs bu necə baş verdi? Müharibələr neftin dəyərdən düşməsinə necə yol açdı? Dünyanın diqqət mərkəzində olan HƏMAS-İsrail və Rusiya-Ukrayna müharibələri öz siyasi məqsədlərinə çatmasa da, qlobal iqtisadi sistemdə öz rollarını oynayıblar. Bu müharibələrdən sonra neft ixracı azaldı, amma, qiymətlər bahalaşmadı. Bu, bütövlükdə bazardakı gözləntiləri alt-üst etdi. Qiymətlər heç bundan sonra da bahlaşmayacaq. Çünki, Aİ ölkələri alternativ enerjidən yararlanmağı özlərinə məqsəd qoyub. Təsadüfi deyil ki, günümüzdə dünya enerji təlabatının 30%-ni Yaşıl Enerji təşkil edir.

Ukrayna işğal olundu, parçalandı və Yaşıl Enerjinin doğuluşuna səbəb oldu. 

Avropa dünyada ən böyük bazar olduğu üçün burada əsas faktor kimi Ukrayna müharibəsini ön plana çıxartmaq lazım gəlir. Rusiyanın Ukraynaya hücum etməsindən sonra Qərbə ixrac edilən energetika məhsullarının qısıtlanması Aİ ölkələri tərəfindən müxtəlif cür qarşılanıb. 

Misal üçün, əgər Macarıstan Rusiya ilə orta yol tapmaq tərəfdarıdırsa, Böyük Britaniya, Almaniya, Fransa və Polşa kimi dövlətlər Rusiyanın enerji ağalığından bir dəfəlik qurtulmaq üçün illərdir arxa planda qalan alternativ enerji ideyasını reallaşdırmaq qərarına gəliblər. Lakin, belə görünür ki, bu qərar yaşıllaşan dünya naminə yox,  baş verməyib. 

Dəyişən tələblər, dəyişən həllər.

Energetika bazarında tələblər dəyişdiyi üçün bazara enerji ixrac edən dövlətlərin maraqları də dəyişib. Azərbaycan da bu ölkələrdən biridir ki, Yaşıl Enerjinin gələcək əhəmiyyətinə investisiya ayırır. Budan sonra Yaşıl Enerjinin hasil edilməsi və ixracı üçün çalışmaq dünya iqtisadiyyatının yeni rəqabətinə çevriləcək. 
Azərbaycan da bu rəqabətə qoşulan ölkələrdən biridir. Sektorda görüdüyü təşəbbüslərə görə bir çox dövlətlərə nümunə olmağı bacaran Azərbaycan, hazırda Qərb bazarında dəyişən tələbləri qarşılamaq üçün yeni sənaye sahələrinə yönəlir. Azərbaycanın Yaşıl Enerjiyə yönəlməsi təkcə ölkə üçün deyil, həm də bütün Avrasiya ölkələri üçün həlledici rol oynayacaq.

Fərid Axund

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
ednews.net

1Mənbələr