AZ

Türkiyədə gizli qruplaşma: 280 nəfər dinlənildi...

Türkiyədə dövlət içərisində yaradılmış gizli qruplaşma böyük bir təxribata hazırlaşırmış. Sözügedən qruplaşma 280 nəfəri izləyib və telefonlarını dinləyib.

Axar.az xəbər verir ki, bu barədə “Sabah” qəzetinin xəbərlər koordinatoru Əbdürrəhman Şimşək məlumat yayıb.

“Ankara Polis İdarəsinin Kəşfiyyat Şöbəsinə 280 nəfər dəvət edilib. Əhəmiyyətli adlar var. Çox yüksək səviyyəli siyasətçilər, jurnalistlər var ki, adlarını deməyəcəm. Rəsmi qəzetlərdən birinin Ankara təmsilçisinin də telefonunun dinlənildiyi müəyyən edilib.

Bu dinləmə və monitorinq necə həyata keçirilib? Onu da deyim. Telefon və internet trafiki yoxlanılıb. Dinlənilən 280 nəfərin hansı yanacaqdoldurma məntəqələrindən yanacaq aldıqları, sosial şəbəkələrdə kimlərlə yazışdıqları yoxlanılıb. Böyük isimlər var.

Telefonu dinlənilən və izlənilənlər arasında keçmiş ədliyyə nazirinin oğlu da var. Hazırda Daxili İşlər Nazirliyində bu məsələ araşdırılır”, - Şimşək vurğulayıb.

Qeyd edək ki, türk millətçilərin lideri Dövlət Baxçalının dövlət çevrilişinə cəhd ehtimalı ilə bağlı bəyanatından sonra Türkiyədə xüsusi araşdırma başlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
3
axar.az

4Mənbələr