AZ

Vəkil sevgilisini öldürdü, məhkəmədə dediyi sözlər hər kəsi ŞOKA SALDI: “Dekolte geyinirdi…” – FOTO

Ankarada güllələnərək öldürülən 24 yaşlı vəkil Belen Nesil Coşğunun qətlində şübhəli bilinən Muhammet Balcıya ağırlaşdırılmış ömürlük həbs cəzası verilib.

Medianews.az xəbər verir ki, məhkəmədə söz verilən müttəhim Muhammet Balcı hadisənin intihar olduğunu müdafiə edib.

“Onu qısqanclıqdan öldürdüyüm iddia edilir. Onu qısqanclıqdan öldürsəydim, indiyə qədər öldürərdim. Dekolteli paltar geyinirdi, kikboksa gedirdi, tanqoya gedirdi və bütün müəllimləri kişi idi. Mən ona heç nə demirdim, hətta pulunu da mən verirdim”,-deyə Muhammet Balcı müdafiə çıxışında deyib.

Təqsirləndirilən şəxsin vəkili də müvəkkilinin günahsız olduğunu bildirib və bəraət hökmü çıxarılmasını istəyib.

İfadələrdən sonra məhkəmə heyəti hökmü elan edərək, müttəhim Balcıya “qadını qəsdən öldürmək” maddəsi ilə ağırlaşdırılmış ömürlük həbs, “lisenziyasız silah saxlamaq və gəzdirmək” ittihamı ilə 1 il həbs və 30 min lirə pul cəzası tətbiq edib.

03

12e7ae51-7288-427c-b1ee-9a313992dacd

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
medianews.az

1Mənbələr