AZ

Netanyahu: Xarici işçilər fələstinliləri əvəz edəcək

İsrailin Baş naziri Benyamin Netanyahu, kabinetin tənzimləmələri yüngülləşdirməyə və Qəzza müharibəsi səbəbiylə işçi çatışmazlığı yaşayan İsraildə əcnəbi işçi kvotasını "əhəmiyyətli dərəcədə artırmağa" qərar verdiyini açıqlayıb.

News24.az xəbər verir ki, İsrailin atacağı addımlar arasında əhalinin 3,3 faizinə bərabər olan 300 mindən çox əcnəbi işçinin ölkəyə daxil olmasına icazə verilməsi də var.

Bəyanatda bunun tikinti, kənd təsərrüfatı və tibb bacısı da daxil olmaqla iqtisadiyyat üzrə çatışmazlıqları ödəmək məqsədi daşıdığı bildirilir.

Netanyahu, "Bu, bizneslər, iqtisadiyyatımız, həm də təhlükəsizliyimiz üçün vacib bir qərardır" deyib.

Hökumətə bağlı İsrail Mülki Nəzarət Mərkəzi yanvar ayında İsraildə işləyən fələstinli işçilərin əcnəbi işçilərlə əvəzlənməsi planını hazırlayıb.

Bildirilib ki, plana ilk mərhələdə Şri-Lankadan 25 min, Çindən 20 min, Hindistandan 17 min, Tailanddan 13 min və Moldovadan 6 min işçi gətirmək daxildir.

Qeyd edək ki, təxminən 180 min fələstinli işçi İsrailin müxtəlif şəhərlərində, işğal altındakı İordan çayının qərb sahili və Qüdsdəki yəhudi məskənlərində tikinti, kənd təsərrüfatı, qida və xidmət kimi müxtəlif sektorlarda çalışır. Fələstinin həmkarlar ittifaqı məlumatlarına görə, bu rəqəm 200 mini keçib.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
news24.az

1Mənbələr