AZ

Şəhid ailələrini Mahsun Kırmızıgüllə görüşdürdü - FOTOLAR

Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. 

Sənətçi bu gün "İçərişəhər"də gəzintiyə çıxıb. 

Səfər zamanı Kırmızıgül Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai birliyinin rəhbəri Arzu Bağırova ilə də görüşüb.

Görüşün məqsədi isə A.Bağırovanın müğənnini şəhid ailələri ilə görüşdürməsi olub. Birliyin rəhbəri Türkiyədən gəlmiş şəhid ailələrinin arzusunu gerçəkləşdirib və onları sevilən ifaçıları ilə bir araya gətirib. Görüş zamanı Türkiyədən olan şəhid ailələri Mahsun Kırmızıgüllə şəkillər çəkdiriblər. 

Qeyd edək ki, şəhid ailələrinin Azərbaycana gəlişi də Arzu Bağırovanın təşkilatçılığı ilə olub. 

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
2
cebheinfo.az

3Mənbələr