AZ

ÜST: Avropada yüksək duz istehlakı səbəbindən hər gün 10 min insan ölür

Avropada yüksək duz istehlakı səbəbindən hər gün 10 min insan ölür.

İnterpress.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun hesabatında deyilir. Bildirilir ki, həddindən artıq duz istehlakı Avropada hər gün 10 000 insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbidir.

Sənəddə deyilir: “ÜST-nin Avropa Regionunda insanların çoxu duzdan çox istifadə edir. Ürək-damar xəstəlikləri Avropa regionunda əlilliyin və vaxtından əvvəl ölümün əsas səbəbidir və hər il bütün ölümlərin 42,5%-dən çoxunu təşkil edir”.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Avropada kişilər arasında bu növ xəstəlikdən ölüm ehtimalı qadınlarla müqayisədə təxminən 2,5 dəfə yüksəkdir.

Bundan əlavə, coğrafi fərq var – Şərqi Avropa və Mərkəzi Asiyada 30-69 yaş arasında duzdan ölmə ehtimalı Qərbi Avropa ilə müqayisədə demək olar ki, 5 dəfə yüksəkdir.

Sənəddə sitat gətirilən ÜST-nin Avropa Bürosunun rəhbəri Hans Kluqenin sözlərinə görə, 2030-cu ilə qədər duz istehlakını 25% azaltmaq üçün məqsədyönlü siyasətin həyata keçirilməsi təxminən 900 min insanın həyatını xilas edə bilər.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
198
9
interpress.az

10Mənbələr