AZ

Çində milyonlarla mənzil dövlət tərəfindən satın alına bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin hökuməti milyonlarla evin dövlət tərəfindən satın alınmasını nəzərdən keçirir.

Banco.az xəbər verir ki, məsələ ilə tanış olan mənbələrə görə, Çin yerli hökumətlərə ölkə daxilində milyonlarla satılmamış evi almağa imkan verəcək yeni planı nəzərdən keçirir.

Mənbələr bildiriblər ki, Çin Dövlət Şurası planla bağlı müxtəlif əyalət hökumətləri və hökumət təşkilatlarından rəy istəyib.

Xatırladaq ki, Çin daha əvvəl dövlət maliyyəsi ilə satılmayan evlərin ehtiyatını azaltmağa çalışmışdı. Ancaq müzakirə olunan bu planın daha geniş miqyaslı olacağı gözlənilir.

Qeyd edək ki, Çində ilk dörd ay ərzində mənzil satışlarının təxminən 47 faiz azalması və satılmayan mənzil fondunun ötən səkkiz ilin ən yüksək həddinə çatması təxminən 5 milyon insanın işsizlik və ya gəlirlərinin azalması riski ilə qarşı-qarşıya qoyan daşınmaz əmlak böhranından xəbər verir.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
banco.az

1Mənbələr