AZ

“İsrailin qarşısı alınmasa, gözünü Anadoluya dikəcək” - Ərdoğan

İsrail təkcə Qəzzada fələstinlilərə yox, bizə də hücum edir.

“AzPolitika” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində partiyasının qurultayında çıxış edərkən deyib.

O, İsrailin Qəzzadan sonra əsas hədəfinin Anadolu torpqaları olacağını iddia edib.

“Netanyahu və soyqırımda iştirak edənlər tökdükləri hər damla qana görə cavab verəcəklər. İsrailin Qəzzada dayanacağını düşünməyin. İsrailin qarşısı alınmasa, bu amansız dövlət vəd edilmiş torpaqlar bəhanəsi ilə gec-tez gözünü Anadoluya dikəcək”,-deyə Ərdoğan bildirib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
azpolitika.info

1Mənbələr