AZ

“Dünyanın aparıcı ölkələləri Azərbaycanın COP29-a ev sahibliyi etməsini dəstəkləyir”

Sinqapur Azərbaycanın COP29-a ev sahibliyi etməsini dəstəkləyir. Sinqapurun davamlılıq və ətraf mühit naziri Qrey Fu Hay Yen Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə qeyd edib ki, ölkəsi Azərbaycanın COP29-da uğur qazanması üçün səy göstərir. Sinqapur Prezidenti də Milli Məclis sədri ilə görüşündə ölkəsinin bu tədbirdə güclü şəkildə təmsil olunacağını bildirib.

Azərbaycan-Sinqapur parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü deputat Vüqar Bayramov Demokrat.az-a açıqlamasında deyib ki, Sinqapur dünyanın seçilən ölkələrindəndir:

“Sinqapur həm dünyanın maliyyə mərkəzlərindən biridir, həm də adambaşına düşən ümumdaxili məhsulun həcminə görə fərqlənən ölkələrdəndir. Sinqapurun COP29-a marağı təqdirəlayiqdir. Azərbaycan COP29-a ev sahibliyi etməklə iştirakçı sayına görə ən böyük tədbiri keçirmiş olacaq. Çünki bu tədbirə keçirildiyi ölkədən asılı olaraq 50-100 min iştirakçı qatılır. Bu da tədbirin nə qədər əhəmiyyətli olduğunu göstərir. Sinqapurla Azərbaycan arasında əlaqələr inkişaf edir. Sinqapurun COP29-da yüksək səviyyədə təmsil olunmaq istəyi və Azərbaycanı dəstəkləməsi həm də ondan xəbər verir ki, ölkəmizin reallaşdırdığı layihə qlobal əhəmiyyət daşıyır. Buna görə də biz dünyanın aparıcı dövlətlərinin dəstəyini müşahidə edirik”.

Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
demokrat.az

1Mənbələr