AZ

Xaçınçaydan sel KEÇİB - VİDEO 

Mənbəyini Kəlbəcər dağlarından götürən Xaçınçay çayından sel keçib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, son günlər dağ və dağətəyi rayonlarda yağan aramsız yağışlar nəticəsində Xaçınçay çayında suyun səviyyəsi artıb. 

Kəlbəcər, Ağdərə, Ağdam və Bərdə rayonları ərazisindən keçən sel suları Kür çayına tökülür.

Qeyd edək ki, suyun səviyyəsinin artması ən çox Ağdam və Bərdə rayonları ərazisindən keçən hissəsində müşahidə olunub. Sel daşqınlar və onun törətdiyi fəsadlara səbəb olmayıb.
 

 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
285
43
bizim.media

10Mənbələr