AZ

Lukaşenko Azərbaycana dövlət səfərinə gedib

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gedib. Təfərrüatları BelTa agentliyi bildirir.

Belarus lideri Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparacaq. Prezidentlər müxtəlif sektorlarda ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini nəzərdən keçirəcəklər.

Bundan əvvəl Lukaşenko Rusiya lideri Vladimir Putinlə görüşdə bildirib ki, əgər İsveçrə Ukrayna üzrə konfransı Moskva və Minsksiz keçirmək istəsə, onun iştirakçıları ancaq eskalasiyanın artırılması ilə bağlı razılığa gələ bilərlər.

Onun sözlərinə görə, əgər onlar Rusiya və Belarusun iştirakı olmadan İsveçrədə sülh konfransı keçirmək istəyirlərsə, o zaman “Allah onlara rəhmət eləsin”. Lukaşenko vurğulayıb ki, Moskva və Minskin mövqeyi ondan ibarətdir ki, görüş iştirakçıları Rusiya-Ukrayna münaqişəsinin eskalasiyasını necə aktivləşdirmək barədə razılığa gələ biləcəklər.

Bundan əvvəl Lukaşenko Ukraynanın varlığının sona çatacağını proqnozlaşdırmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
oxu24.com

1Mənbələr