AZ

Paşinyanın aparatından revanşistlərə təpki - “O qədər lənətləniblər ki...”

Müxalifət liderləri o qədər lənətləniblər ki, hətta yeddi gündür baş nazirliyə namizəd irəli sürə bilmirlər.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş Naziri Aparatı rəhbərinin müavini Taron Çaxoyan deyib.

Onun sözlərinə görə, bu, müxalifətin siyasi iflasını göstərir, bunun bariz sübutu kilsə xadimlərinin başlatdığı və artıq sönmüş hərəkatdır.

“Təklifim keçərlidir: Vazgen Manukyanı baş nazirliyə namizəd göstərin, onun seçilməməsi fərq etməz, heç olmasa siyasi yaddaşı yaşadacaqsınız.

Qeyd edək ki, bundan əvvəl etiraz aksiyasının lideri Vazgen Qalstanyan (Baqrat Srbazan) sabiq prezident Serj Sərkisyanın “Şərəfim Var” Alyansı və “Respublikaçı” Partiyasının nümayəndələri, həmçinin keçmiş baş nazirlər Qrant Baqratyan, Xosrov Arutyunyan və Vazgen Manukyanla görüşüb.

Ermənistanda hakimiyyət əleyhinə aksiya mayın 9-da başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
teleqraf.com

1Mənbələr