AZ

Aİ Rusiya mediasına girişi qadağan etməyə razılaşdı

Avropa İttifaqı ölkələrinin səfirləri bir sıra Rusiya KİV-lərinə icma daxilində girişin qadağan edilməsi məsələsində razılığa gəliblər.
 

Sfera.az xəbər verir ki, bunlara “Rossiyskaya qazeta”, “İzvestiya” və “RİA Novosti” agentliyi daxildir.
 

Bundan başqa, Aİ-nin rusiyayönlü məlumat yaymaqda ittiham etdiyi “Avropanın səsi” çex portalının fəaliyyəti qadağan edilib.
 

İndi bu tədbir Avropa İttifaqının Xarici İşlər Nazirliklərinin rəhbərləri tərəfindən təsdiqlənməlidir.
 

Ehtimal olunur ki, Aİ vətəndaşlarının Rusiya məlumat mənbələrinə çıxışının məhdudlaşdırılması Rusiyaya qarşı hələ razılaşdırılmamış 14-cü sanksiyalar paketinin bir hissəsi kimi tətbiq ediləcək. Avropa Komissiyası israr edir ki, bu, Avropa Parlamentinə seçkilərdən əvvəl edilməlidir.

 

İnci
Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
6
sfera.az

10Mənbələr