AZ

“Şaxtyor”un 14-cü kuboku

Donetsk “Şaxtyor”u Ukrayna kubokunun qalibi olub.

İdman.biz xəbər ki, donetsklilər finalda “Vorskla”nı 2:1 hesabı ilə məğlub ediblər.

“Şaxtaçılar” tarixində 14-cü də ölkə kubokunu qazanıblar. “Şaxtyor” hesabında 13 qələbə olan Kiyev “Dinamo”sunu arxada qoyub.

Donetsk klubu müstəqil Ukrayna futbolunda titul sayında da “dinamoçular”ı qabaqlayıb. Həftəsonu ölkə çempionluğunu qazanan “Şaxtyor”un hesabında artıq 39 titul var. Kiyevlilərin isə 38 mükafata yiyələniblər.

"Dinamo" 16 dəfə, "Şaxtyor" isə 15 dəfə Ukrayna çempionu olub. Hər iki komandanın hesabında 9 ölkə superkuboku var. Donetsklilər 1 dəfə də UEFA kubokunu qazanıblar.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
idman.biz

1Mənbələr