AZ

ABŞ sanksiyaları Rusiya nəhəngini Çinə möhtac qoyub

ABŞ-ın Çin istehsalçılarına tətbiq etdiyi məhdudiyyətlər Rusiyanın alüminium nəhəngi “Rusal”ın cari və gələcək ixracatına ciddi təsir göstərə bilər.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Bloomberg Agentliyi yayıb. Agentlik qeyd edir ki, dünya qiymətlərinin artması fonunda Rusiya alüminiumunun Çinə tədarükü ilə bağlı problemlər yaranır.

Belə ki, Böyük Britaniya və ABŞ-ın aparıcı birjalarının aprel ayında Rusiyanın əlvan metallarına tətbiq etdiyi sanksiyaların Çinə alüminium satışının artmasına səbəb olacağı gözlənilirdi. Bununla belə, Bloomberg-ə görə, qlobal qiymətlərin artması idxalı "çox baha" edib. Eyni zamanda alüminium tədarükçüləri məhsullara endirimlər etməyə razı deyillər və Cənub-Şərqi Asiyanın digər ölkələrində tələb sabit olaraq qalır.

“Rusal”dan TASS-a bildirilib ki, "Çin istehsalçılarına məhdudiyyətlər və ABŞ-ın öz şirkətlərinə aktiv dəstəyi təkcə gələcək üçün deyil, həm də “Rusal”ın cari ixracı üçün ciddi risklər yaradır". Qeyd edilib ki, uzunmüddətli müqavilələr üzrə metal tədarükü hələ davam etsə də, aprel və may aylarında Rusiyadan ümumi idxalın azalması ehtimalı var. Treyderlərin fikrincə, rus istehsalçısı çinli alıcıları cəlb etmək üçün dərin endirimlər etməli olacaq.

Rusiya istehsalçıları Qərb bazarlarından getdikcə daha çox təcrid olunur və nəticədə Çin Rusiya malları üçün son alıcıya çevrilir. Bu, Çin idxalçılarına ödənişləri yuanla və böyük endirimlə etmək imkanı qazandırır.

Xatırladaq ki, ABŞ Çindən polad və alüminium idxalına tarifləri 0-7,5 faizdən 25 faizə qədər artırıb.

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
musavat.com

1Mənbələr