AZ

Rumıniyanın baş naziri: "Moldovalılar və moldova dili yoxdur"

Moldovalılar və Moldova dili yoxdur.

APA xəbər verir ki, bu barədə Rumıniyanın baş naziri Marsel Çolaku yenidən bəyan edib.

O, mart ayında Moldovada yalnız rumınların yaşadığını və iki dövlətin birləşdirilməsi ideyasını şəxsən dəstəklədiyini bildirmişdi.

"Rumıniya Moldovanı inteqrasiya yolunda dəstəkləyəcək. Çünki orada hamı rumındır, başqa heç bir millət yoxdur. Moldovalılar yoxdur, moldova dili yoxdur, bu rumın dilidir və onlar rumınlardır", - deyə o bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
1
apa.az

2Mənbələr