AZ

Lukaşenko Azərbaycana dövlət səfərinə gəlir - VIDEO

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlir.

Bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Lukaşenko Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə rəsmi danışıqlar aparacaq.

İki liderin görüşü təkbətək formatda və nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə təşkil ediləcək.

Prezidentlər müxtəlif sahələrdə ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi vurğulanmaqla ikitərəfli münasibətlərin aktual məsələlərini nəzərdən keçirəcəklər.

Qeyd edilib ki, danışıqlar nəticəsində ikitərəfli sənədlər paketi imzalanacaq.

 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
206
36
news365.az

10Mənbələr