AZ

Palmer Lemparda çatıb

“Çelsi” İngiltərə Premyer Liqasının XXXIV turundan təxirə salınmış oyunda “Brayton”a 2:1 hesabı ilə qalib gəlib.

İdman.biz xəbər verir ki, qarşılaşmada hesabı Koul Palmer açıb.

Bu, ingiltərəli yarımmüdafiəçinin Premyer Liqanın cari mövsümündə 22-ci qolu olub. O, “Çelsi”nin heyətində bir mövsümdə ən çox çempionat qoluna imza atan 3-cü futbolçu adına şərik çıxıb.

Palmer Frenk Lempardın 2009/10 mövsümündəki göstəricisini təkrarlayıb. Yalnız Cimmi Floyd Hasselbaynk (2000/01 və 2001/02 mövsümlərində 23) və Didye Droqba (2009/10 mövsümündə 29) daha çox qola imza atıb.

Qeyd edək ki, “Çelsi” 60 xalla turnir cədvəlində 6-cl yerdə qərarlaşıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
idman.biz

1Mənbələr