AZ

Avtobusun qarşısından qaçan piyada ölümdən son anda xilas oldu - VİDEO

Bakıda yolu qadağan edilmiş yerdən keçən piyada özünü təhlükəyə atıb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 15-də, paytaxtın Koroğlu Rəhimov küçəsində baş verib. Belə ki, yolu piyadalar üçün nəzərdə tutulmamış yerdən keçən xanım avtobusun qarşısından qəfil qaçıb. Yolda ümumi nəqliyyat axınının dayandığını görən piyada arxayın olduğu üçün bu cür hərəkət edib. Lakin o, avtobusun sağ tərəfi ilə motosikletin hərəkət edəcəyini öncədən düşünməmişdi. Qəzalar da məhz belə məsuliyyətsizliyə və arxayınlığa görə baş verir.

 

Könül

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
avtosfer.az

1Mənbələr