AZ

Britaniya Ukraynaya qoşun göndərir? - Qrant Şepps

Böyük Britaniya hələ də Ukrayna Silahlı Qüvvələrinin yeni çağırışçılarına təlim keçmək üçün öz qoşunlarını bu ölkəyə göndərmək niyyətində deyil.

Bakıvaxtı.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Qrant Şepps "The Daily Telegraph"a müsahibəsində deyib.

“Mən sərhədi keçib Britaniya hərbçilərini Ukraynada yerləşdirmək istəmirəm. Bunun məntiqli olduğunu düşünmürəm. Amma hesab edirəm ki, ukraynalı hərbçilərin təlimini Ukraynaya yaxınlaşdırmağın mənası var”.

Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak və xarici işlər naziri Devid Kemeron Ukraynaya Britaniya hərbçilərinin göndərilməsinin əleyhinə dəfələrlə çıxış ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
3
bakivaxti.az

7Mənbələr