AZ

NBA-da ilk yarımfinalçı müəyyənləşib

Milli Basketbol Assosiasiyasında (NBA) ilk yarımfinalçı müəyyənləşib.

"Report" xəbər verir ki, "Boston" bu raundda iştirak hüququ əldə edib.

Komanda 1/4 final seriyasının beşinci qarşılaşmasında “Klivlend”i məğlub etməklə buna nail olub - 113:98. Ümumi hesabı 4:1 edən "Boston" yarımfinala yüksəlib.

Onların rəqibi "İndiana" - “Nyu-York Niks” cütünün qalibi olacaq. Hazırda “Nyu-York Niks” 3:2 hesabı ilə öndədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
3
report.az

4Mənbələr