AZ

AMEA-da Akademiya Muzeyi” yaradılacaq

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Akademiya Muzeyi” yaradılacaq.

 

Modern.az xəbər verir ki, bununla bağlı AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.

 

Akademik İsa Həbibbəyli bildirib ki, son dövrlərdə AMEA-da həyata keçirilən çoxşaxəli islahatların mühüm istiqamətlərindən birini Azərbaycan elminin keçdiyi inkişaf yolunun tədqiqi və təbliği, elmin populyarlaşdırılması, gənc nəsildə elmə marağın artırılması istiqamətində görülən işlər təşkil edir.

 

O qeyd edib ki, bu islahatların davamı olaraq Azərbaycanda elmin populyarlaşdırılması, elmi nailiyyətlərin təbliği, gənc nəsildə elmə marağın artırılması, həmçinin Azərbaycan elminin keçdiyi tarixi yolu özündə əks etdirən eksponatların, əlyazma və tarixi nəşrlərin toplanılması və qorunub saxlanılması, bu sahədə ekspozisiyaların qurulması, onun daim zənginləşdirilərək təkmilləşdirilməsi, ekspozisiya və sərgilərdə nümayişi məqsədilə AMEA-nın “Akademiya Muzeyi”nin yaradılması zəruridir.

 

İclasda qeyd olunanlar nəzərə alınaraq Rəyasət Heyətinin nəzdində daxili imkanlar hesabına AMEA-nın “Akademiya Muzeyi”nin yaradılması qərara alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
14
modern.az

10Mənbələr