AZ

Paşinyan Azərbaycanla protokolun imzalanmasını böyük uğur adlandırdı

Baş nazir Nikol Paşinyan ötən gün Tavuşda Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə protokolun imzalanmasını böyük uğur adlandırıb.

Redaktor.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, hökumətin iclasında Paşinyan qeyd edib ki, bu, Ermənistanın suverenliyi və təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün təməl daşı olub.

Baş nazir bildirib ki, müstəqillik tarixində ilk dəfə olaraq Ermənistan rəsmi olaraq delimitasiya edilmiş sərhədə malikdir.

O, bu prosesə görə Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanın rəhbərlik etdiyi hökumət komissiyasına və digər səlahiyyətli strukturlara təşəkkür edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
12
redaktor.az

10Mənbələr