AZ

Bu vaxta qədər İKTA tərəfindən 158 operator və internet provayderi uçota alınıb - İslam Bağırzadə

Bakı. Trend:

21-ci əsrin çağırışları və imkanları ilə məşğul olarkən, şəbəkətexnologiyasının təkamülü bizi açıqlıq, çeviklik və qarşılıqlıfəaliyyətin təkcə faydalı deyil, həm də vacib olduğu gələcəyə doğruistiqamətləndirir.

Trend xəbər verir ki, bu barədə İnformasiya KommunikasiyaTexnologiyaları Agentliyinin (İKTA) İnformasiya texnologiyalarıdepartamentinin direktoru İslam Bağırzadə “GSMA M360 Eurasia 2024”konfransı çərçivəsində keçirilən “Artan bağlantı ehtiyacları üçüntelekommunikasiya arxitekturasındakı irəliləyişlərin araşdırılması”adlı paneldə çıxışı zamanı deyib.

O bildirib ki, bu transformasiya sənayemizin tərəfdaşlıqlarınıvə rollarını yenidən formalaşdırır, Mobil Şəbəkə Operatorlarınıyeni yaranan biznes tələblərinə cavab vermək üçün strategiyalarınıuyğunlaşdırmağa məcbur edir.

“ Bu texnologiyalar əsas əhəmiyyət kəsb edir, çünki onlarqüsursuz əlaqə və idarəetmə imkanı verir, insan səhvlərini azaldırvə səmərəliliyi artırır. Davamlılıq və səmərəliliyi hədəflədiyimizüçün daha ağıllı şəbəkə idarəçiliyi üçün Süni İntellektdən istifadəedən strategiyaları inteqrasiya etmək çox vacibdir. Süni intellekttəkcə əməliyyat səmərəliliyini artırmır, həm də proqnozlaşdırıcıtexniki xidmətə kömək edir, beləliklə, dayanma müddətini azaldır vəistifadəçi təcrübəsini yaxşılaşdırır.

İKTA tərəfindən uçota alınan internet provayderinin 109-u həmBakıda, həm də regionlarda fəaliyyər göstərir. Bu vaxta qədər İKTAtərəfindən 158 operator və internet provayderi uçota alınıb.

Azərbaycanda biz bu transformasiyanı nəinki davam etdirməyə, həmdə lider olmağa sadiqik”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda ikinci dəfə Azərbaycan RespublikasınınRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “AzercellTelekom” MMC-nin baş sponsorluğu ilə keçirilir.

Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyalarıətrafında fikir mübadiləsi aparılır.Konfransa beynəlxalq vəregional ekspertlər, şirkət rəhbərləri və region üzrə tənzimləyiciqurumların nümayəndələri qatılıb. Onlar həm regionun, həm də digərölkələrin rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün bütünbazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyəti haqqındadanışırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
1
az.trend.az

2Mənbələr