AZ

İrəvan iyunda ehtiyatda olan hərbçiləri 19 günlük təlimə toplayacaq

Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti təlim-məşq toplanışı keçiriləcək. News365.az xəbər verir ki, bu barədə qərar hökumətin cümə axşamı keçirilən iclasında qəbul edilib.

Qeyd edilir ki, təlimlər hərbi qulluqçuların, zabitlərin və gizirlərin bilik və bacarıqlarını qoruyub saxlamaq üçün keçirilir. 

"Lazım gələrsə, ehtiyatda olan hərbçilər də döyüş növbətçiliyinə cəlb olunacaqlar. Təlim-məşq toplanışı iyunun 11-dən avqustun 30-dək baş tutacaq", - məlumatda yazılıb.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
news365.az

1Mənbələr