AZ

Çinlə münasibətlərimiz regionda nəyi dəyişəcək?

Son dövrlər Çinlə Azərbaycan arasında qarşılıqlı səfərlər artıb. Mayın 14-də Prezident İlham Əliyev Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri Şen Yueyuenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan-Çin əlaqələrinin inkişafı ümumi bölgə üçün nə vəd edir? Türkiyənin bu prosesdə rolu necə ola bilər?

Ehtiyatda olan general Yücel Karauz Publika.az-a bildirib ki, Çinlə münasibətlər Azərbaycanın müstəqillik əldə etdiyi gündən müsbət istiqamətdə inkişaf edir:

“Azərbaycanın geosiyasi və birgə strateji mövqeyi Çinin qlobal layihələrinin bir hissəsinin Azərbaycandan keçməsinə şərait yaradır. Bu da Çin-Azərbaycan münasibətlərinə olduqca yaxşı təsir edir. Göründüyü kimi, Şanxay Əməkdaşlıq Təşkilatı iqtisadi sərmayələri artırmaq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək istəyir. Burada əsas məsələ dünyada artan qeyri-müəyyənliklər, risk və münaqişələrdir. Çin və ABŞ arasındakı mövcud rəqabət həm Türkiyəyə, həm də Azərbaycana təsir edə bilər. Çin və ABŞ siyasi, iqtisadi və mədəni siyasətlərini dəstəkləyən dövlətləri öz tərəfinə cəlb etməyə çalışırlar. Pekinlə münasibətləri qoruyub inkişaf etdirməklə yanaşı, ABŞ-ı da diqqətdə saxlamaq lazımdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
2
publika.az

3Mənbələr