AZ

“Sabah”ın futbolçusuna ağır cəza

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XXXIV turunda baş verən neqativ hallara hüquqi qiymət verilib.

“Neftçi” - “Kəpəz” oyununun 75-ci dəqiqəsində qonaqların futbolçusu Şakir Seyidov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb, klubu 1500 manat cərimələnib.

“Qəbələ” - “Sabah” oyununun 65-ci dəqiqəsində qonaqların futbolçusu Davit Volkov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyunluq cəzalanıb, “Sabah” klubu 3000 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

“Sumqayıt” - “Səbail” matçı bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “kimyaçılar” 800 manat cərimələnib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
qafqazinfo.az

1Mənbələr