AZ

Yeni Zelandiya İran ilə əlaqəli bir neçə şəxs və quruma sanksiya tətbiq etdi

Dünən Yeni Zelandiya Ukrayna müharibəsində Rusiyaya silah və strateji dəstək verməklə kömək edən 28 şəxs və 14 digər quruma, o cümlədən İranla əlaqəli bir sıra fiziki və hüquqi şəxsləri sanksiyalar siyahısına salıb.
Yeni Zelandiyanın baş nazirinin müavini və xarici işlər naziri Uinston Peters açıqlamasında bildirib ki, sanksiyalarla üzləşənlər arasında İrana bağlı bir şəxs və dörd qurum var.

Vətəninfo.az xəbər verir ki, Yeni Zelandiya XİN-nin bəyanatında sanksiyalar sırasında Şahid-136/131 dronlarının istehsalında fəaliyyət göstərən “Sadə Saze Fəraz Şərif” şirkətinin icraçı direktoru və SEPAH-ın əsas simalarından sayılan Ehsan Emaminejad, dronların inişaf etdirilməsi və istehsalında fəaliyyət göstərən “Baharestan Kiş”, SEPAH dronlarının mühərriki və sistemlərini təmin edən “Kimya Part Sivan”, Qüds qanadına bağlı “Sepahan Sərməd Elektonik” və “Şəkkad Sənət Asmari” Cəmiyyətləri yer alıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
9
veteninfo.az

8Mənbələr