AZ

Uşaq qidaları niyə kəskin bahalaşıb?

Ölkə ərazisində uşaq qidalarının qiyməti xarici ölkələrə nisbətən bahadır. Azərbaycanda süni uşaq qidalarının qiyməti minimum 10 manatdan başlayırsa, Türkiyədə və Rusiyada bu qiymət 2-3 manat arası dəyişir.

Mövzu ilə əlaqədar iqtisadçı ekspert Fuad ibrahimov "Operativ Media"ya açıqlamasında bildirib ki, kifayət qədər inhisarçı mühit formalaşmadığı üçün bu məhsulların qiyməti Azərbaycana gətirən şirkətlərindən asılıdır.

İqtisadçının sözlərinə görə, mövcud qiymətlər vətəndaşların büdcəsinə mənfi təsir etdiyi üçün problemin həlli rəqabət mühitinin formalaşmasındadır:

“Öhdəliyindən gəlməkdən ötrü ilk növbədə sağlam rəqabət mühiti formalaşmalıdır. Sonra kifayət qədər maddi-texniki təchizat bazası, xammal bazası olan bir sahədə yerli istehsalı təşkil etmək lazımdır. Bununla da haradasa qiymət prossesinə təsir etmək mümkün olar”.

İqtisadçı Fuad İbrahimov bildirib ki, ölkəmizdə süni uşaq qidalarının baha olmasının səbəbi bu məhsulların istehsal edilməməsi və xaricdən idxal olunmasıdır:

“Məhdud şəkildə bu məhsulların qiyməti Azərbaycana gətirən şirkətlərindən ibarətdir, çünki kifayət qədər inhisarçı bir mühit formalaşıb. Eyni zamanda market şəbəkələr sistemində qiymət əmələ gəlmə prossesində şəffaflıq yoxdur. Müəyyən bir araşdırmalar tədqiqatlar apardıqda görürük ki, qiymət əmələgəlmə prossesində ən azından 30-40 faizə qədər yenidən bahalaşma mühiti, dəhlizi var".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
2
operativmedia.az

2Mənbələr