AZ

“Yaşıl düşüncə maarifləndirmə proqramı”adlı təlim Şirvan Milli Parkında keçirilib - FOTOLAR

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən icra olunan “Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində növbəti təlim Şirvan Milli Parkında keçirilib.

QHT.az xəbər verir ki, təlimdə “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri də iştirak edib.

Açıq havada təşkil edilən tədbirdə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən “Növlərin zənginliyi, təbiətin zənginliyidir” mövzusunda təlim keçilib, gənclərə xüsusi mühafizə olunan təbiət ərazilərinin, o cümlədən Şirvan Milli Parkının zəngin biomüxtəlifliyi, ölkəmizin ekoturizm potensialı barədə ətraflı məlumatlar çatdırılıb.

Könüllülər, həmçinin köçəri quşların miqrasiya marşrutu üzərində yerləşən Şirvan Milli Parkındakı “Qızılqaz gölü” marşrutu boyu vəhşi təbiətlə tanış olub, teleskopla quşları, safari maşını ilə Azərbaycan təbiətinin incisi sayılan ceyranları müşahidə ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
1
qht.az

2Mənbələr