AZ

Aqil Abbas bu şərtlə namizəd olacaq - özü AÇIQLADI

Aqil Abbas bu şərtlə namizəd olacaq - özü AÇIQLADI

Hələ rəsmi qərar verilməsə də, bu il Azərbaycanda parlament seçkilərinin qaçılmaz olduğu görünür. Artıq bəzi tanınmış siyasətçilər və millət vəkilləri sosial şəbəkə hesablarında açıq-aşkar şəkildə seçkilərdə iştirak edəcəklərini açıqlayıblar. Ekspertlərin əksəriyyəti isə Milli Məclisin tərkibinin əsaslı şəkildə dəyişəcəyini düşünür.

Maraqlıdır, görəsən, parlamentin tanınmış simalarından biri olan Aqil Abbas növbəti seçkilərdə deputatlığa namizədliyini irəli sürəcək?

Məsələ ilə bağlı Aqil Abbas Lent.az-a açıqlamasında bildirib ki, əgər seçiciləri yenidən deputatlığa namizəd olmağını istəsələr, parlament seçkilərində iştirak edəcək:

"2020-ci ildə keçirilən parlament seçkilərində Qarabağ regionundan seçilmişdim. Növbəti seçkilərdə isə hansı seçki dairəsindən qatılacağım dəqiq deyil. Çünki seçkilərdə iştirak edib-etməyəcəyim hələ ki, məlum deyil".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
1
sonxeber.az

2Mənbələr