AZ

Rusiyada KFC restoranları qalmayacaq

“Unirest” şirkətinin baş direktoru Tatyana Şamanskaya (Rusiya Federasiyasında Rostic və KFC brendlərini idarə edir) bildirib ki, keçmiş KFC restoranlar şəbəkəsi bütün Rusiyadakı müəssisələrinin “Rostic”ə rebrendinqini bir ay ərzində başa çatdıracaq.

Qaziler.az bu barədə TASS-a istinadla bildirir.

“Hazırda 1,17 min restorandan 850-si “Rostic” brendi altında fəaliyyət göstərir. Bir ay ərzində bu rəqəm artıq mini keçəcək. Tezliklə Rusiyada əsas brend yalnız “Rostic” olacaq”, - deyə Şamanskaya paylaşıb.

O, həmçinin vurğulayıb ki, şirkət Rusiya Federasiyasında restoran şəbəkəsini inkişaf etdirən komandanı saxlaya bilib.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
qaziler.az

1Mənbələr